
ÜST-nin baş direktorunun əmisi öldürüldü
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesusun əmisi Efiopiyanın Tiqray bölgəsində Eritreya əsgərləri tərəfindən öldürülüb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı baş direktor özü yayıb.
Covid-19 pandemiyasının gələcək vəziyyəti ilə bağlı sualları cavablandıran Ghebreyesus, əmisi öldürüldükdən sonra, vəziyyətinin yaxşı olmadığını söyləyib: “Ümid edirəm ki, sülh sazişi davam edəcək və bu dəlilik bitəcək. Amma bu, mənim üçün çox çətin andır”.
Qebreyesus əmisinin öldürüldüyü hadisədə daha 50 nəfərin də öldüyünü bildirib.
Eritreya informasiya naziri Yemane Gebremeskel iddialarla bağlı sualları cavablandırmayıb.
Busaat.az























