Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.39 $▲1.05%
  • WTI neft86.63 $▲1.12%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.293 $▲2.49%
  • Qızıl4 056 $▼1.68%
  • Gümüş52.46 $▼1.47%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.89%
  • Bitcoin73 650 $▼0.06%
  • Ethereum2 062 $▲0.56%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

ÜST-nin yeni sazişi: Dünya gələcək pandemiyalarla mübarizəyə hazırlaşır

image-f90xuxux3mxt7bzdnhgytmbzdqpsczthkdul9sce_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən illik Assambleyasında üzv ölkələr konsensus əsasında gələcək pandemiyalardan qlobal miqyasda qorunmanı hədəfləyən yeni sazişi qəbul ediblər.

Busaat.az kp.ru-ya istinadla xəbər verir ki, sənəd Slovakiyanın səsvermə keçirilməsi ilə bağlı etirazına baxmayaraq, yekdilliklə təsdiqlənib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bu saziş COVID-19 pandemiyası zamanı yaşanan ağır itkilərin təkrarlanmaması məqsədilə hazırlanıb.

Sazişin əsas elementi PABS adlı mexanizmdir. Bu çərçivədə peyvəndlərin, diaqnostik testlərin və dərman preparatlarının istehsal texnologiyalarının paylaşılmasına xüsusi önəm veriləcək.

Sazişin tam qüvvəyə minməsi iki il ərzində, PABS sistemi üzrə danışıqlar başa çatdıqdan sonra gözlənilir. Həmin vaxta qədər yeni yaradılmış işçi qrup cari ilin 15 iyulunadək mexanizmin detalları üzrə müzakirələri yekunlaşdırmalıdır.

Qeyd edək ki, PABS – ÜST tərəfindən pandemiyaların qarşısının alınması, onlara hazırlıq, cavab tədbirləri və bərpa prosesini əhatə edən mümkün bir sistemdir. Bu sistem xəstəlik törədiciləri barədə məlumatların paylaşılmasını və həmin məlumatlardan istifadə nəticəsində əldə olunan faydaların ədalətli şəkildə bölüşdürülməsini nəzərdə tutur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164175