Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Hadisə

Ustanın ehtiyatsızlığı ölümünə səbəb oldu

image-photo_206569
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Astara rayonun Pensər kəndində ustanın ehtiyatsızlığı faciəyə səbəb olub.

Busaat.az xəbər verir ki, tikinti materiallarının satışı obyektində Ərçivan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu diskli kəsici alətlə (laqonda) işləyən zaman anidən partlayış baş verib.

Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F. Zeynalova baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, usta istifadəsiz metal çəlləyi kəsmək istəyib. Bu zaman partlayış baş verib.

Ehtimal olunur ki, çənin içərisində hansısa kimyəvi maddənin və ya məhlulun qalıqlar olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır (report).

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=113035