Uzaq Şərqdə gərginlik artır: Şimali Koreya Yapon dənizinə raket atıb

image-16101694942800728689backend

Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində qısa mənzilli raket atıb.

Busaat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərərgahı məlumat yayıb.

Məlumata əsasən, raket Şimali Koreyanın şimal-qərbində yerləşən Pyonqan bölgəsindən yerli vaxtla saat 06:53 radələrində buraxılıb.

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu 50 kilometr yüksəkliyə çatan raketin orbitdə təxminən 400 kilometr məsafə qət etdiyini açıqlayıb.

“2022-ci ilin əvvəlindən Şimali Koreyanın qitələrarası raketlər də daxil olmaqla raket sınaqları keçirməsi regionu təhdid edir və dözülməzdir” – deyə, Hamada bildirib.

Qeyd edək ki, ABŞ-a aid Ronald Reyqan təyyarədaşıyan gəmisi gələn həftəyə planlaşdırılan təlim üçün Cənubi Koreyaya gəlib. Şimali Koreya tərəfinin həyata keçirdiyi raket sınağının ABŞ gəmisinin yarımada suları daxil olmasından sonra baş verməsi diqqət çəkib.

Əlavə edək ki, Şimali Koreya bu il iyunun 5-də 8 qısa mənzilli raket sınağı keçirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90