
"Vaqner" döyüşçülərin işə qəbulunu qeyri-müəyyən müddətə dayandırıb - Priqojin
“Vaqner” döyüşçülərin işə qəbulunu qeyri-müəyyən müddətə dayandırıb və hələ ki, yeni işə qəbul mərkəzləri açmağı planlaşdırmır.
Busaat.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi Yevgeni Priqojin bildirib.
“Hazırda “Vaqner”də işə qəbul mərkəzlərinin açılış vaxtı hələ müəyyən edilməyib. Sirr və pərdəarxası söhbətlərin qarşısını almaq üçün sizə bildirirəm ki, “Vaqner” Afrikada, eləcə də Belarusdakı təlim mərkəzlərində fəaliyyətini davam etdirir. Kadr çatışmazlığı yaşamadıqca, yeni işə qəbul etməyi planlaşdırmırıq “, – Priqojin deyib.
O, həmçinin bildirib ki, döyüşçülərin əksəriyyəti hələ də məzuniyyətdədir, çünki bundan əvvəl onlar uzun müddət çox ağır iş qrafiki keçiriblər.
Busaat.az























