Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Dünya

"Vaqner" son döyüşlərdə mərkəzi rol oynayıb - Britaniya kəşfiyyatı

"Vaqner" son döyüşlərdə mərkəzi rol oynayıb - Britaniya kəşfiyyatı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Rusiya ön xətt qüvvələrini gücləndirmək və canlı qüvvə itkilərini azaltmaq məqsədi ilə “Vaqner” özəl hərb şirkətindən istifadə edir. Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, “Vaqner” Popasnaya və Lisiçanskın ələ keçirilməsi də daxil olmaqla, son döyüşlərdə mərkəzi rol oynayıb. Əlavə olunub ki, bu döyüşlər qrupun ağır itkilər verməsi ilə nəticələnib. “Vaqner” rekrut standartlarını endirərək məhbusları, əvvəllər qara siyahıya alınmış şəxsləri işə götürür. Yeni rekrutlara çox məhdud təlimlər keçirilir. Bu, böyük ehtimal ki, qrupun gələcək əməliyyat effektivliyinə təsir edəcək və onun Rusiya qüvvələrinə müntəzəm dəstək vermək qabiliyyətini azaldacaq”, - Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=37610