
Vaşinqton Ukrayna böhranını qızışdırır, Pekin isə sülh planı təklif edir
ABŞ Ukraynada münaqişəni qızışdırır, Çin isə sülh planı hazırlayır.
Busaat.az xəbər verir ki, bu sözləri yüksək çinli diplomat TASS-a müsahibəsində deyib.
“Ukrayna münaqişəsində odun üstünə yağ tökən ABŞ və digər Qərb dövlətlərindən fərqli olaraq, Çin onun həlli üçün sülh planı irəli sürdü”, – Çin hökumətinin Koreya yarımadası məsələləri üzrə xüsusi nümayəndəsi Liu Şiaminq bildirib.
Qeyd edək ki, fevralın sonunda Çin XİN Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədini dərc edib. On iki bənddən ibarət sənəddə atəşkəs, bütün ölkələrin təhlükəsizlik sahəsində qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi, habelə hərbi əməliyyatların ləğvi çağırışları yer alıb.
Həmçinin sənəddə vurğulanır ki, dünya birliyi danışıqların bərpası üçün şərait yaratmalı və platforma təmin etməlidir.
Busaat.az























