“Vaşinqtonu dərhal Rusiya nümayəndə heyətinə viza verməyə çağırırıq” – Anatoli Antonov

image-1389095backend

Moskva Vaşinqtonu ölkənin BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə bağlı tədbirlərdə iştirak edən Rusiya nümayəndə heyətinin üzvlərinə dərhal viza verməyə çağırır.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bildirib.

“Rusiya nümayəndə heyətinə və jurnalistlərə viza verilməsi ilə bağlı sorğu martın sonunda ABŞ-nin Moskvadakı səfirliyinə göndərilib. Lakin indiyədək bir dənə də olsun ölkəyə giriş icazəsi verilməyib”, – səfir deyib.

“Biz Vaşinqtonu dərhal nümayəndə heyətimizə, eləcə də jurnalistlərimizə viza verməyə çağırırıq. Bunu etməmək Birləşmiş Ştatların BMT-nin qərargahının yerləşdiyi ölkə kimi öhdəliklərinin pozulmasıdır”, – Antonov bildirib.

“Nazirin xüsusi uçuşu ilə bağlı anlaşılmaz vəziyyət yaranır. ABŞ hakimiyyəti hələlik təyyarənin gəlişinə sanksiya qoymayıb. Biz gözləyirik ki, amerikalılar heç bir şərt və məhdudiyyət olmadan dərhal uçuş icazəsi verəcəklər”, – diplomat əlavə edib.

Qeyd edək ki, BMT baş katibinin sözçüsü Stephane Dujarric bildirib ki, BMT-nin mənzil-qərargahını ziyarət edəcəyi gözlənilən Lavrov nümayəndə heyətinin üzvlərinə ABŞ-nin viza verməsini gözləyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki