Məzmuna keç
  • Brent neft111.72 $▼1.51%
  • WTI neft102.44 $▼1.61%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.03%
  • Qızıl3 905 $▲0.14%
  • Gümüş49.62 $▲0.70%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 204 $▲1.01%
  • Ethereum2 271 $▲0.81%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Son dəqiqə

Vaxtından tez pensiyaya çıxmaq istəyənlər üçün VACİB XƏBƏR

image-1492253
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.

Busaat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, siyahıya əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları daxil edilib.

Qərara əsasən, aidiyyəti qurumlarin təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

ƏƏSMN yanında İctimai Şuranın Sədri Elşad Məmmədov qeyd edib ki, Azərbaycanda erkən pensiya hüququnun əldə edilməsi ilə bağlı müvafiq qaydalara Nazirlər Kabineti tərəfindən edilən yeniliklərə iqtisadiyyatda gedən proseslərin yaratdığı zərurət kimi baxıla bilər.

Elşad Məmmədovun sözlərinə görə, bu dəyişikliklər pensiya hüququnun əlçatanlılığı baxımından önəmlidir.

Şura sədri əlavə edib ki, vaxtından əvvəl pensiyaya çıxmaq şəxslərin qərarından asılıdır. Yəni istəməyənlər bu hüquqdan istifadə etməyə bilərlər.

Daha ətraflı videoda:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=134262