Venesuelada mədən faciəsi: 12 ölü

image-800x420-venezuelada-altin-madeninde-facia-12-olu-1685902489206backend

Venesuelanın cənub-şərqində qızıl mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Venesuelanın Bolivar əyalətinin El Kallao şəhərində qızıl mədənində çökmə baş verib. Çökməyə bölgədə təsirli olan leysan yağışı səbəb olub.

Bolivar Əyalətinin Vətəndaş Təhlükəsizliyi Naziri Edqar Kolina Reyes verdiyi açıqlamada deyib: “Mədənləri su basdı, mədənçilərin boğulmasına səbəb oldu”.

Reyes mədəndən 112 nəfərin sağ çıxdığını açıqlayıb.

Reyes qəzanın baş verdiyi qızıl mədəninin uzun müddət əvvəl möhürləndiyini və bağlandığını da bildirib. Yerli mətbuatda yer alan xəbərlərdə ölkədə uyğun olmayan şərtlər səbəbiylə möhürlənmiş bir çox mədənlərin işçilərə yüksək maaş təklif edərək qeyri-qanuni işləməyə davam etdiyi bildirilib.

2021-ci ildə Venesuelanın El Kallao şəhərində eyni qızıl mədənində baş verən çökmə nəticəsində bir şaxtaçı həlak olub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki