Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

“Veteranlara təzyiq iddiaları həqiqəti əks etdirmir” - DİN

image-dinnn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Nəsimi rayonunda hərəkətin intensiv olduğu küçədə qanunsuz parklanma fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tədbirlər görülür.

Busaat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bir qrup müharibə veteranı tərəfindən əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi əsas küçələrdən birində qanunsuz və intizamsız parklanma hərəkətin fasiləsiz təşkilində bir sıra çətinliklər yaradıb. Bunu nəzərə alaraq bu qanunsuz fəaliyyətin qarşısı alınmaqla, aidiyyəti icra orqanları tərəfindən həmin fəaliyyəti təşkil edən şəxsləri qayğılandıran halların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən onlara qarşı təzyiq edilməsi iddialarına cavab olaraq N.Əliyev bildirib ki, Daxili işlər orqanlarında minlərlə Vətən müharibəsi iştirakçısı xidmət edir: “Tək sıralarımızda olanlar yox, hər bir veteranı maraqlandıran məsələyə qanun çərçivəsində tərəfimizdən dəstək verilir, onlara hörmət göstərilir. Hansısa müharibə veteranına təzyiq edilməsi iddiası mübahisəlidir, həqiqəti əks etdirmir.

Hüquq qaydasının qorunmasına məsul olan polis əməkdaşları qanunla üzərinə düşən vəzifələri icra edir. Ərazini kütləvi şəkildə zəbt etməklə digər şəxslərin hərəkətinə mane yaradılması hüquq pozuntusudur və buna görə qanunamüvafiq tədbirlər görülür”. Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127939