Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən bu il sentyabrın 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonların sakinlərinin qəbulu tarixi dəyişdirilib.
Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qəbulun vaxtı oktyabr ayının 11-nə keçirilib.