
Vilnüs sammitindən sonra NATO kontingenti Ukraynaya yerləşdirilə bilər
NATO kontingenti alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitindən sonra Ukraynaya yerləşdirilə bilər.
Busaat.az xəbər verir ki, bu barədə TASS-a “Biz Rusiya ilə birlikdəyik” hərəkatının lideri Vladimir Roqov bildirib.
Litva prezidenti Gitanas Nauseda daha əvvəl bildirmişdi ki, Ukrayna Vilnüsdə keçiriləcək sammitdə alyansa qoşulmaq üçün dəvət almayacaq, lakin NATO ölkələri Ukraynanı məyus etməyəcək. Münaqişə başa çatdıqdan sonra onu bloka qəbul etmək barədə vəd vermək kifayətdir.
NATO kontingentin yerləşdirilə biləcəyi ərazilərə gəlincə, Roqov qeyd edib ki, Polşa Qərbi Ukrayna regionlarında maraqlıdır.
NATO sammiti ərəfəsində Kiyev NATO-ya üzv olmaq cəhdi ilə bağlı ritorikanı gücləndirib. Bununla belə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna silahlı münaqişə vəziyyətində olduğu müddətdə alyansa qoşula bilməz.Stoltenberqin sözlərinə görə, Vilnüs sammiti Ukraynanı alyansa yaxınlaşdıracaq və sammit zamanı Ukrayna-NATO Şurası yaratmağı planlaşdırır. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, NATO-ya dəvət olunmaması Ukrayna ordusunu ruhdan salır. Ukrayna prezident ofisi xəbərdarlıq edib ki, NATO liderləri Kiyevin üzvlük məsələsində “cəsarət nümayiş etdirməsələr” Zelenski sammitə getməyəcək.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Kiyevin NATO-ya üzv olmaq cəhdi onun münaqişəni danışıqlar masası arxasında həll etmək istəmədiyini və qüdrətsizliyini nümayiş etdirir.
Busaat.az























