
Vladimir Putin: "Dünya xalqları artıq Qərb hegemonluğunu istəmir"
Rusiya Qərbə qarşı deyil və yeni çoxqütblü dünyada hegemonluğa can atmır.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday beynəlxalq diskussiya klubunun iclası zamanı çıxış edib.
Putin çıxışında Qərbin qlobal hökmranlığının geridə qaldığını və qarşıda İkinci Dünya Müharibəsinin bitməsindən sonra dünyanın ən mühüm onilliyinin olduğunu vurğulayıb.
“Rusiya Qərbə qarşı deyil və yeni çoxqütblü dünyada hegemonluğa can atmır. Rusiya kapitalının köçürülməsində və ya müəssisələrin milliləşdirilməsində heç bir yanlış addım görmürəm. Nüvə müharibəsi və almanları soyuq qış aylarında dondurmaqla bağlı zarafat etmişəm. Qərb bəşəriyyətin bütün resurslarına sahib olduğunu iddia edir və düşünür ki, onun təklif etdiyi qaydalara əsaslanan dünya nizamı ona heç bir qayda-qanun olmadan yaşamağa imkan verməlidir. Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, lakin ümidsizcəsinə bunu etməyə çalışır və dünyanın əksər xalqları artıq buna dözmək istəmir. Qərb öz oyununda dünya üzərindəki gücünü nümayiş etdirdi, lakin bu oyun, şübhəsiz ki, təhlükəli, qanlı və çirkindir. Qərb və çoxqütblü dünyanın digər mərkəzləri gələcəklə bağlı bərabərhüquqlu diskussiyalara başlamalı olacaqlar və bu diskussiyalar nə qədər tez başlayarsa, bir o qədər yaxşıdır.
Ən azı iki fərqli Qərb var – son dərəcə zəngin mədəniyyətə malik ənənəvi Qərb və aqressiv və neokolonial Qərb. Rusiya heç vaxt onların diqtəsi ilə barışmayacaq. Qərb Rusiyanı dünyanın siyasi xəritəsindən silə bilmədi və heç vaxt da bacarmayacaq, necə ki, heç kim Rusiyanı öz dövlətini hansı prinsiplər üzərində quracağını diktə edə bilməyəcək. Rusiya Qərb elitasına meydan oxumur. Rusiya sadəcə olaraq öz mövcudluq və azad inkişaf hüququnu müdafiə edir. Bu arada biz hansısa yeni hegemon olmaq fikrində deyilik” – deyə, Putin Qərblə bağlı çıxışında bildirib.
Busaat.az























