
Vladimir Putin Türkiyədə qurulacaq qaz nəqli mərkəzindən danışıb
Avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuatın suallarını cavablandırıb.
“Məncə, Avropaya qaz nəqli üçün Türkiyədə mərkəz qurulmasını təklif etməyimizin səbəbi aydındır. Avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Həmçinin, boru kəməri xətlərinin Britaniya tərəfindən bombalanması ilə bağlı hadisələrdən də xəbərimiz var. Avropalılar, demək olar ki, həmişə olduğu kimi, onların maraqlarına əsaslı şəkildə zərər vursa da, susurlar. Hadisələr Danimarka, İsveç və Almaniyanın iqtisadi zonasında baş verdiyi üçün bütün bunlara nəzarət etmək bizim üçün çətindir. Bu mənada, Türkiyə ilə işləmək bizim üçün daha asandır. Birincisi, Prezident Rəcəb Tayyib Ərdoğan ilə razılığa gəlmək bizim üçün çətin olsa da, bir şeydə razılaşsaq, onu reallaşdırmağa çalışırıq. İkincisi , Qara dəniz sularına nəzarət etmək bizim üçün daha asandır. Görək bu qış və gələn qış nə olacaq. Amma əminəm ki, yeni müqavilələr imzalanacaq” – deyə, Putin əlavə edib.
Busaat.az























