
Vnukovo, Domodedovo hava limanları fəaliyyətini bərpa edib
“Vnukovo” və “Domodedovo” hava limanları Bakı vaxtı ilə səhər saat 09:30-dan normal fəaliyyətini bərpa edib.
Busaat.az xəbər verir ki, bu barədə hava limanlarının mətbuat xidmətləri TASS-a bildiriblər.
“Hava Hərəkətinə Nəzarət Dövlət Korporasiyasının qərarı ilə əlavə uçuş təhlükəsizliyi tədbirlərini təmin etmək məqsədilə Moskvanın “Domodedovo” hava limanında Bakı vaxtı ilə səhər saat 7:26-dan səhər saat 9:30-a kimi hava gəmilərinin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda Domodedovo hava limanı normal rejimdə işləyir”, – deyə mətbuat xidməti söyləyib.
Bundan əvvəl Kazan hava limanının mətbuat xidməti də TASS-a paytaxtın Şeremetyevo hava limanında məhdudiyyətlərin tətbiqi barədə məlumat vermişdi. Kazan hava limanı dörd istiqamətləndirilmiş reysi qarşıladı: Orskdan, Çelyabinskdən və iki reys Yekaterinburqdan.























