Moskvanın Vnukovo və Domodedovo hava limanları müvəqqəti bağlandıqdan sonra yenidən normal fəaliyyət göstərməyə başlayıb.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.
“Vnukovo və Domodedovo hava limanları normal rejimdə işləyir”, – mənbə qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, hər iki hava qovşağı müvəqqəti olaraq gələn və gedən reyslərə xidmət göstərmir.









