
Vo Van Thuong Vyetnamın yeni prezidenti seçilib
Vyetnamda prezident postundan istefa verən Nquyen Xuan Fukun varisi məlum olub.
Busaat.az xəbər verir ki, Vyetnam Milli Assambleyası növbədənkənar iclas keçirib.
Parlamentdə keçirilən səsvermədə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin namizədi Vo Van Thuong ölkənin yeni prezidenti seçilib.
“Vyetnam Sosialist Respublikasına və Konstitusiyasına tam sadiq qalacağam”, – deyə Thuong söz verib.
Qeyd edək ki, 52 yaşlı Thuong ölkənin cənubundakı Vinh Long bölgəsində anadan olub və fəlsəfə üzrə magistr dərəcəsinə malikdir.
Busaat.az























