“VTB” Bankın prezidenti: “Qlobal maliyyə sistemi dəyişməlidir”

image-vtbackend

“Yeni maliyyə bazarının yaradılmasına ehtiyac var. Çünki hazırkı beynəlxalq maliyyə sistemi müxtəlif şəraitdə formalaşıb”.

Busaat.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın ən böyük banklarından biri olan “VTB”nin prezidenti Andrey Kostin deyib.

O, rəqəmsal və milli valyutalar əsasında yeni mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib.

“Qərb və ABŞ təkcə maliyyə sistemində deyil, həm də Beynəlxalq Valyuta Fondu (BVF) kimi beynəlxalq təşkilatlarda hökmranlıq edir. Ona görə də özümüzə məxsus bazarlarımızın, birjalarımızın, mübadilə sistemlərimizin və depozitlərimizin yaradılması zəruridir. ABŞ və Qərb bazarına etibar etmək olmaz” – deyə Kostin vurğulayıb.

Onu da qeyd edək ki, VTB prezidenti bankın Azərbaycan, Qazaxıstan, Çin, Vyetnam, Hindistan kimi ölkələrdə çoxlu filiallarının olduğunu və hazırda Türkiyə bankları ilə ortaq iş aparmadıqlarını da bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki