“Vüqar Səfərli “moşennik”dir, Əli Həsənovun qəzetinə ayda 60 min ayrılırdı” – Partiya sədrindən ŞOK AÇIQLAMA

“Vüqar Səfərli “moşennik”dir, Əli Həsənovun qəzetinə ayda 60 min ayrılırdı” – Partiya sədrindən ŞOK AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi, KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərli həbs edilib.

Busaat.az xəbər verir ki, Vüqar Səfərlinin həbsi ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, onun həbs tamamilə doğru qərardır:

“Vüqar Səfərli həddindən artıq “moşennik” və saxtakar insandır. Dövlətin mətbuata ayırdığı pulları sağa-sola və özünün şəxsi mənafeyi üçün xərcləyirdi. Şəxsən bizim qəzetə qarşı həmişə haqsız mövqedə olub. Çalışırdı ki, bizi hər zaman dövlətin ayırdığı maliyyədən ayrı saxlasın. Uzun müddət buna nail oldu. Onun zamanında cəmi bir dəfə 9000 min manat pul almışıq. Amma elə qəzet var idi ki, yüksək səviyyədə maliyyələşirdi. Həmin qəzetlərin içərisində Əli Həsənovun “Kaspi” qəzeti də var idi. Təsəvvür edin ki, həm rus, həm də Azərbaycan dilində çıxan “Kaspi” qəzetinə ayrı-ayrılıqda 6 ayda 60 min manat pul ayrılırdı. Mətbuat Şurasında təmsil olunan yaxın adamlarını necə lazım idisə, o cür də maliyyələşdirirdi. KİVDF-də Vüqar Səfərlinin vaxtında, həqiqətən də, böyük qanun pozuntusuna və cinayət əməllərinə yol verilirdi. Evlərin paylanılmasından tutmuş, maliyyələrin paylanılmasına qədər. Mən KİVDF-dəki cinayət əməlləri ilə bağlı Prezidentə də müraciət etmişdim”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90