
Vyetnam Hollivud istehsalı olan “Barbie” filminin nümayişini qadağan edib
Hollivud istehsalı olan “Barbie” filmi Pekinin iddia etdiyi Cənubi Çin dənizinin ərazisini göstərən xəritəyə görə Vyetnamda qadağan edilib.
Busaat.az bu barədə CNBC-ə istinadən xəbər verir.
Məlumata görə, filmdə “doqquz tire xətti” adlanan xəritəni göstərən bir səhnə var. Bu Çin xəritələrində Cənubi Çin dənizinin əksəriyyətinə iddialarını göstərmək üçün istifadə olunur. Vyetnam bu iddialara etiraz edən bir çox ölkələrdən biridir.
Ərazi ilə bağlı mübahisə 2016-cı ildə Haaqa Beynəlxalq Tribunalına çıxarılıb və bu məhkəmədə Çinin Cənubi Çin dənizinin əksəriyyətinə dair iddiaları rədd edilib. Lakin Pekin bu qərarı qəbul etməyib. Cənubi Çin dənizi Cənub-Şərqi Asiyanın əsas ticarət arteriyalarını birləşdirən mühüm ticarət yoludur.
Qeyd edək ki, “Barbie”nin ABŞ-də nümayişi ilə eyni gündə, iyulun 21-də Vyetnamda kinoteatrlarda göstərilməli idi, lakin filmə qoyulan qadağaya görə baş tutmayıb.
Busaat.az























