Wall Street-ə 1.1 milyard dollarlıq pul cəzası kəsilib

image-stock-markets-ap-file-ml-200316_hpmain_16x9_1600backend

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Barclays, Bank of America, Citigroup, Credit Suisse, Deutsche Bank, Goldman Sachs, Morgan Stanley və UBS də daxil olmaqla 16 maliyyə şirkətinə 1.1 milyard dollarlıq pul cəzası verib.

Busaat.az xəbər verir ki, bu barədə SEC-dən verilən açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, firmalar qiymətli kağızlar haqqında federal qanunlar uçotunun aparılması qaydalarını pozub və xətalarını qəbul edib.

SEC rəhbəri Qari Qensler maliyənin güvənə bağlı olduğunu, cəza alan firmaların öhdəliklərini yerinə yetirməməklə bu güvəni davam etdirə bilmədiyini söyləyib.

Texnologiya inkişaf etdikcə ticarət mövzularındakı əlaqələrin yalnız rəsmi kanallarda uyğun şəkildə davam etdirilməsinin daha da önəmli olduğuna diqqət çəkən Qensler, bu əlaqələrin davam etdirilməsi və qorunması gərəkdiyini də vurğulayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90