
Wall Street Journal-ın müxbiri cinayət başında yaxalanıb - Kreml
Söhbət şübhədən getmir, jurnalist cinayət başında yaxalanıb.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov Wall Street Journal-ın müxbiri Evan Gerşkoviçin saxlanılması barədə danışarkən bildirib.
“Bu, FSB-nin səlahiyyətidir, artıq Federal Təhlükəsizlik Xidmətinin bəyanatı olub, bizim bura əlavə edəcəyimiz heç nə yoxdur”, – Peskov deyib.
“Bir daha təkrar edirəm bu, sadəcə olaraq, casuslarla mübarizə aparan xüsusi xidmət orqanlarının səlahiyyətindədir”, – diplomat bildirib.
FSB-nin məlumatına görə, ABŞ-nin göstərişi ilə Gerşkoviç “Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında” dövlət sirri təşkil edən məlumatları toplayıb.
Busaat.az























