
Walmart direktoru 10-dan çox şəxsi öldürdü
ABŞ-da supermarketdə direktor ətrafdakı insanlara atəş açıb.
Busaat.az xəbər verir ki, hadisə nəticəsində 10-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.
Virciniya ştatında Walmart mağazasına atəş açan şəxsin mağazanın müdiri olduğu bildirilib. Səlahiyyətlilər silahlının öldürüldüyünü açıqlayıb.
Bəzi şahidlər müdirin işçilərə atəş açmağa başladığını bildiriblər. Məlumata görə, menecer axşam saatlarında işçilərin istirahət etmək üçün istifadə etdiyi otağa girərək ətrafa atəş açmağa başlayıb.
Bölgəyə çoxlu sayda polis və təcili yardım qrupları cəlb edilib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Busaat.az























