
WEF rəhbəri: Çin digər ölkələr üçün “rol modelidir”
Çin digər ölkələrə “rol model” nümunə təşkil edir.
Busaat.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun təsisçisi və sədri Klaus Şvab APEC Baş Direktorlarının Sammiti çərçivəsində CGTN-ə müsahibəsində bildirib.
“Mən Çinin son 40 ildə iqtisadiyyatının modernləşdirilməsində əldə etdiyi böyük nailiyyətlərə hörmətlə yanaşıram. Düşünürəm ki, bu, bir çox ölkələr üçün bir nümunədir. Düşünürəm ki, biz sistemləri tətbiq edərkən çox diqqətli olmalıyıq. Lakin Çin modeli əlbəttə ki, bir sıra ölkələr üçün çox cəlbedici bir modeldir” –deyə, Şvab hər bir ölkənin hansı sistemə uyğunlaşmaq istədiyi barədə öz qərarını qəbul etməli olduğunu açıqlayıb.
Busaat.az























