Xalq artisti ona edilən əxlaqsız təklifi açıqladı, həmkarları qınadı

image-meladzebackend

Ukraynanın Xalq artisti Ani Lorak Rusiyanın məşhur prodüseri Konstantin Meladze barədə hər kəsi təəccübləndirəcək açıqlama verib.

Busaat.az xəbər verir ki, sənətçi illər əvvəl prodüserin ona əxlaqsız təklif etdiyini bildirib. Aninin sözlərinə görə, bunun müqabilində prodüser ona yardım edəcək, sıx əməkdaşlıq quracaqmış.

Pop ulduzun sözügedən açıqlaması qalmaqala səbəb olub. Belə ki, prodüserin qardaşı, Əməkdar artist Valeri Meladze Ani Lorakın açıqlamasına sərt reaksiya verib.

Meladze duet oxuduğu müğənninin açıqlamasına xoşagəlməz bir şəkildə təəccüblənərək “Bunu hansı yaramaz düşündü? Öyrənin, öyrənin və yenidən öyrənin”,- deyə bildirib.

2000-ci illərin əvvəllərində “VIA Qra”da oxuyan Ukraynanın Əməkdar artisti Svetlana Loboda da qrup rəhbəri olan prodüseri müdafiə edib: “Ani Lorak səmimidirsə, niyə bunlar haqında indi danışmağa qərar verir? Bunu anlamıram! Bilirsiniz, belə mövzuda bu qədər spekulyasiya var. Bir çox qadın sadəcə bu məqamdan istifadə edərək böyük sənətkarların karyerasını məhv edir. Bu hekayələrin nə qədər doğru olduğunu tam olaraq bilmirik”.

Müğənni Lolita Milyavskaya da A. Lorakı qınayaraq “Hər kəsin fikri cinsi qısnamaya yönlənib. Onu olmadığı yerdə axtarırlar. Karyera üçün heç kim məni yoldan çıxarmağa çalışmayıb”,- deyə bildirib.

Qeyd edək ki, Konstantin Meladze “VIA Qra” qrupunun eks-solisti Vera Brejneva ilə evlidir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90