Xamneyidən nüvə cavabı: “Yanlış nəsə yoxdur”

image-ali-xamneyibackend

İranın nüvə infrastrukturu toxunulmaz qaldığı müddətcə Qərblə nüvə sazişi mümkündür.

Busaat.az xəbər verir ki, bunu İran lideri Əli Xamneyi deyib.

İran dövlət televiziyasının xəbərinə görə, Xamneyi paytaxt Tehranda keçirilən tədbirdə Atom Enerjisi üzrə Milli Agentliyin əməkdaşları və nüvə alimlərini qəbul edib.

Ölkəsinin nüvə sahəsində mühüm nailiyyətlər əldə etdiyini qeyd edən Xamneyi 2015-ci ildə imzalanan və ABŞ-nin birtərəfli qaydada geri çəkilməsindən sonra həyata keçirilə bilməyən nüvə sazişinə işarə edib:

“Əvvəlki illərdə nüvə sənayesinin rəhbərləri və məmurları ölkədə mühüm nüvə infrastrukturları inşa ediblər. (Nüvə) Sazişində səhv bir şey yoxdur, lakin bizim nüvə sənayemizin infrastrukturuna toxunmaq olmaz”.

İranın nüvə fəaliyyətlərinin hərbi məqsədli olması ilə bağlı ittihamları rədd edən Xamneyi deyib: “Amerika kəşfiyyat ictimaiyyəti İranın son aylar da daxil olmaqla, dəfələrlə nüvə silahı istehsalı istiqamətində addım atmadığını etiraf edib və onlar özləri də bilirlər ki, biz nüvə silahı istehsal etməyə çalışmırıq”.

Kütləvi qırğın silahlarının İslamda yeri olmadığını qeyd edən Xamneyi, “Əgər bu İslami əsas olmasaydı və nüvə silahı istehsal etmək iradəmiz olsaydı, bunu edərdik. Düşmənlər isə bizi dayandıra bilməyəcəklərini bilirlər”, – deyə qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki