Xankəndi yaxınlığında antiterror əməliyyatı – TƏFƏRRÜAT

Xankəndi yaxınlığında antiterror əməliyyatı – TƏFƏRRÜATbackend

Azərbaycanın Xankəndi ətrafında apardığı antiterror əməliyyatının bəzi təfərrüatları məlum olub.

Busaat.az-ın “Caliber”-ə istinadən məlumatına görə, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib.

Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, Azərbaycan ərazisinə silah-sursat, eləcə də canlı qüvvə toplamağa davam etdiyini təsdiqləyir.

Aydındır ki, Nikol Paşinyanın psevdosülh ritorikasına baxmayaraq, “miatsuma” siyasətini davam etdirmək cəhdləri dayanmır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki