“Xankəndidə 35-40 min əhali ya var, ya yox” – AÇIQLAMA

image-xankendi-2-1backend

“Xankəndidə yaşayan ermənilərə heç bir maneə törətmirik”.

Bunu Qarabağdakı qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryanın erməni mediasina müsahibəsində “biz qəti şəkildə deyə bilərik ki, Azərbaycana olunan təzyiq hələ də kifayət deyil. Çünki Qarabağ hələ də blokadadadır və “120 min” insan “girov” statusundadır” açıqlamasına münasibət bildirən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, Xankəndidə 120 min erməninin girov saxlanması haqqında açıqlama əsassızdır:

image-askkkkkkkkkkkkkkkkk

“Şuşa-Xankəndi yolunda bir sıra qeyri-hökumət təşkilatı (QHT) nümayəndələrinin keçirdiyi aksiya Xankəndidə yaşayan ermənilərə qarşı deyil. Aksiya Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı keçirilir. 120 min şişirdilmiş rəqəmdir. Vardanyan verdiyi müsahibədə ilk öncə Xankədidə 115 min erməni əhalinin yaşadığını desə də, beş dəqiqə sonra 120 min olduğunu dedi. Beş dəqiqə ərzində 5 min erməni Xankəndiyə köçdü? Xankəndidə 35-40 min əhali ya var, ya yox.

Xankəndidə yaşayan ermənilərə heç bir maneə törətmirik. Onların hüquqlarının, təhlükəsizliyinin qorunmasına hər zaman hazır olduğumuzu bildirmişik. Guya ki, Xankəndidə olan erməniləri girov saxlayırmışıq. Qarabağda yerləşən silahlı revanşist qüvvələr xalqın adından belə bəyanatlar verir. Aksiyamız sərvətlərimizin talanmasına qarşı yönəlib. Azərbaycan dinc aksiya keçirir. Dinc əhalinin maşınlarına heç bir maneə törətmirik. Yolu bağlayan azərbaycanlılar yox, rus sülhməramlılarıdır”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki