
Xerson şəhərində raket hücumu - 1 ölü, 6 yaralı
Ukraynanın Xerson şəhərində partlayış baş verib.
Busaat.az xəbər verir ki, Rusiyanın endirdiyi raket hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Rusiya Federasiyası son 24 saat ərzində Ukraynaya 4 raket hücumu həyata keçirildiyini açıqlayıb.
Ukrayna tərəfi isə rus qoşunlarının cəmləşdiyi ərazilərə 8 hücum həyata keçirərək bir “SU-25” və üç “KA-52” hücum helikopterini məhv edib.
Busaat.az























