Xersonda Rusiyaya birləşməklə bağlı referendum keçiriləcək

image-xersonnnnbackend

Xerson vilayətinin rəhbərliyi referendum hazırlıqlarına başlayıb.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin Hərbi-mülki Administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, referendum zamanı sözügedən regionun Rusiyanın tərkibinə qatılması məsələsi həll olunacaq:

“Bəli, biz referenduma hazırlaşırıq və biz onu keçirəcəyik. Qəribə səslənsə də, Xerson vilayəti Rusiyaya birləşmək barədə qərar qəbul edəcək, Rusiyanın tam hüquqlu subyekti olacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90