Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.00 $▲0.62%
  • WTI neft86.43 $▲0.89%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.319 $▲3.30%
  • Qızıl4 043 $▼1.98%
  • Gümüş51.58 $▼3.13%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 628 $▼2.17%
  • Ethereum2 051 $▼3.82%
  • S&P 5007 515▼0.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Xersondan Rusiyaya taxıl ixracına başlanıldı

image-hkf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynanın Xerson şəhərindən Rusiyaya taxıl ixracına başlanılıb.

Busaat.az  xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusunun nəzarətində olan qondarma administrasiyanın Xersondakı nümayəndəsi Kiril Stremousov regionda qış biçininin başlanıldığını bildirib.

Şəhərdə xeyli taxıl olduğunu qeyd edən Stremousov, “Bizim taxıl saxlamaq üçün yerimiz var, amma çox miqdarda taxıl var. İnsanlar indi Rusiyadakı alıcılara taxıl ixrac etməyə başlayırlar” deyib.

Stremousov regiondan günəbaxan tumlarının Rusiyanın emal müəssisələrinə tədarükü üzərində də işlədiklərini bildirib.

Qərb və Rusiya rəsmiləri Ukraynadakı müharibə və sanksiyalar səbəbindən qlobal ərzaq böhranı ilə bağlı xəbərdarlıq edir. Dünyanın əsas taxıl ixracatçılarından biri olan Rusiya və Ukraynanın ötən il dünya buğda ixracatında təxminən yüzdə 30 payı var idi.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya əngəlsiz taxıl ixracına, o cümlədən Qara dəniz limanlarında Ukrayna taxılının ixracına hazırdır. Lakin bu, Rusiyaya qarşı müvafiq sanksiyaların ləğvini tələb edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78439