Xeyirxah Platforması 2 yaşını qeyd edirbackend

Xeyirxah Platforması 2 yaşını qeyd edir.

Təşkilat #BizDavamEdirik “hashtag” ilə hesabat videosunu təqdim edib: “Düz 2 il bundan öncə – aprelin 25-də saytımızı təqdim etməklə və “Onu sən yaşat!” devizli aksiya ilə fəaliyyətə başladıq. Fəaliyyət istiqamətimizi sosial və humanitar olmaqla 2 yerə böldük. Çalışdıq ki cəmiyyətə faydalı olaq. Gördüyümüz işlərlə hesabat videosunda tanış ola bilərsiniz. Görmək istədiyimiz işlərin üzərində həvəs və sevgi ilə çalışacağıq”

Xeyirxahın gördüyü işlərə «Onu sən yaşat» devizi altında xeyriyyə aksiyası, «Nəfəs» festivalı, «Çərpələng»də uşaqlar üçün əyləncəli tədbir, «Biz Sizinləyik» devizi altında tədbir, «Səssiz

Qəhrəman» jest dili təlimləri, Jest dilində video təlimlərin hazırlanması, Zəhra üçün həmrəylik aksiyası, «Mənə onun sevincini hədiyyə et» sosial çarxı, II «Nəfəs» Festivalı, Mütəmadi olaraq könüllü qan donorlarının tapılmasına dəstək verilməsi, yeni ildə şaxta babanın ziyarətləri və çağırışı, Əlilliyi olan şəxslərlə davranış qaydalarından bəhs edən videoçarx, Üzünüzü güldürən oyun, “Sağlam gələcəyə zəmanət” layihəsi və profilinə uyğun digər fəaliyyətlər aiddir.