“Xəzər TV-nin işçiləri isti ocağıma soyuq su caladılar, 100 manatım nə gəzir karantində…”backend

Xəbər verdiyimiz kimi dünən Əməkdar artist Elnarə Abdullayeva Şamaxıya gedərkən postda saxlanılıb və 100 manat cərimə edilərək geri qaytarılıb. 

Busaat.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı muğam ifaçısıyla əlaqə saxlayıb və E.Abdullayeva məsələyə belə aydınlıq gətirib:

“Əslində neçə aydır Bakıda evimdə oturmuşam. Xəzər TV kanalının əməkdaşları isti ocağıma soyuq su calayıb, məni götürüb Şamaxıya çəkilişə apardılar, qardaş. Mənə dəqiqə başı zəng vuran isə Dilşad adlı qız idi, inanırsınız adamı yatmağa da qoymadılar. Elə belə də yazın, bunların başına Allah daş salsın. Dedilər çəkiliş edəcəyik, mən də dedim ki, karantində çəkiliş olmaz axı. Dedilər ki, 11 nəfərik, mən də dedim ki, axı bu qədər adamla karantində çəkiliş olmaz. Onlar da dedilər ki, Elnarə xanım, narahat olma, hər şey bizlikdi. Mən dəhşət qorxağam, xəstəliyə görə heç yerə getmirəm. Dedim ki, onda sənədləri düzəldin ki, postda söz-söhbət olmasın, mən söz götürən adam deyiləm və polisin də işinə qarışa bilmərəm. Bu, polisin vəzifə borcudur, mən sənin işinə hörmət qoymasam, sən də mənim işimə hörmət qoymazsan. Adi süpürgəçidən tutmuş, aliminə kimi gərək insan bir-birinin sənətinə hörmətlə yanaşsın. Postda onlar keçdi və mən də sənədlərimi təqdim etdim. Polis əməkdaşı dedi ki, siz geri qayıdın. Dedim ki, çəkilişə getməyimizlə bağlı sizə deyilib axı. Polis əməkdaşı dedi ki, portalda adınız yoxdur. Televiziya əməkdaşları da maşından düşüb yanıma gəldilər. Orda mən də çox əsəbiləşdim. Bütün baş verənlər Xəzər TV-nin işçilərinin ucbatından olub. Orda əsəbiləşdiyimə görə məni 100 manat da cərimələdilər. Evə gələndən sonra gördüm televiziya işçiləri yenə arxamca gəliblər və deyirlər ki, durun təzədən yola düşürük. Dedim ki, heç yerə getmirəm.

Həmin vaxt məni polis bölməsinə dəvət etdilər ki, cərimə yazılmasına aydınlıq gətirsinlər. Mən də bu işçilərə dedim ki, polis bölməsinə çağırıblar, ora gedirəm. Getdim bölmədə yoldaşlarla söhbət etdim. Bunlar təzədən məni Şamaxıya apardılar və posta çatanda dedim ki, indi siz keçirin məni, polis əməkdaşı yenə bizi geri qaytardı. Dedim ki, rəis, keçmək olmaz, dedi ki, yox. Dedim gördünüz olmaz, ay başınıza daş düşsün. Əslində bütün günahlar Xəzər TV-nin işçilərindədir. Adama deyərlər apara bilirsən məni apar, əgər yox bacarmırsansa, nə gəlib tülkülənirsən, bütün sinirlərimi pozursan. Bu danışdıqlarımdan o yana başqa bir şey yoxdur. Polis əməkdaşları mənə 100 manat cərimə ediblər, protokolun şəkilini çəkib Xəzər TV-nin işçilərinə atdım və dedim ki, gedin cəhənnəm olun cəriməni ödəyin. Mən niyə ödəyirəm? Yüz manatım var karantində? Niyə məni ora-bura dartırlar, belə müsibət olar? Mən onsuz da neçə aylar idi rayondaydım. Rayondan Bakıya gətirdilər məni, indi uşaqlarım da qalıb rayonda. Neçə ay idi şor-çörəyimi yeyib rayonda oturmuşdum da”.