Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.71 $▲1.06%
  • WTI neft85.00 $▼0.01%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.173 $▲2.79%
  • Qızıl3 790 $▼2.25%
  • Gümüş45.91 $▼3.32%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.50 ¢▲1.17%
  • Bitcoin64 456 $▼0.64%
  • Ethereum1 806 $▼0.95%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

XİN başçıları Quranın yandırılmasını pisləyib

image-aztacccccc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib.

Busaat.az xəbər verir ki, tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qoşulmama Hərəkatının əsasında “Banduq prinsipləri”nin dayandığını diqqətə çatdırıb.

Bu prinsiplərin ölkələrin ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq etdiyini vurğulayıblar.

Nazirlər Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyiblər.

Qeyd olunub ki, bu cür kriminal hərəkətlərə icazə verilməməli və kəskin şəkildə qınanmalıdır.

Bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb.

Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib.

Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini sabah davam etdirəcək.





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114558