
Yakutiyada 60 dərəcə şaxta qeydə alınıb
Oymyakonda hava temperatoru -59 dərəcə olaraq qeydə alınıb, digər rayonlarda isə, -45-dən aşağı şaxta müəyyən edilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yakutsk Hidrometeorologiya İdarəsinin saytında bildirilib.
Soyuq qütblər Yer kürəsinin qeydə alınmış ən aşağı temperaturlu əraziləridir. Yakutiyada bu qütblər Oymyakon və Verxoyanskdır.
Sinoptiklərin məlumatına görə, respublikanın cənub-qərbində zəif və mülayim qar, şimal-şərq və şimal-qərbdə yağıntısız hava şəraiti hökm sürəcək. Bəzi yaşayış məntəqələrinin mərkəzi hissələrində şaxtalı duman proqnozlaşdırılıb.
Busaat.az























