
"Yandex"in təsisçisi: "Mən Ukraynada müharibənin əleyhinəyəm"
Rusiyanın “Yandex” internet şirkətinin yaradıcısı Arkadi Voloj Ukraynadakı müharibənin əleyhinə olduğunu bəyan edib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, o, Rusiya mətbuat təşkilatlarına göndərdiyi bəyanatda indiyə qədər müəyyən səbəblərdən susduğunu bildirib.
“Mən bu savaşın əleyhinəyəm. Mövqeyimi aydınlaşdırmaq istəyirəm”,- Voloj açıqlamasında bildirib.
Qohumlarının və dostlarının Ukraynada yaşadığını bildirən təsisçi 2014-cü ildən Rusiyada yaşamasa da, ölkənin hərəkətlərində onun da payının olduğunu anladığını deyib.
Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Voloj “Yandex”dən ayrılacağını açıqlayıb.























