Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.20 $▼1.99%
  • WTI neft95.65 $▼1.47%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.856 $▼0.97%
  • Qızıl3 950 $▲0.44%
  • Gümüş49.35 $▼0.50%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda591.75 ¢▼2.23%
  • Bitcoin76 378 $▼1.23%
  • Ethereum2 246 $▼1.14%
  • S&P 5007 569▲0.35%
17°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Hadisə

Bakıda bu hotelin fəaliyyəti dayandırıldı

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.

Busaat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub kİ, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb; obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır; obyekt yanğın su hovuzu ilə təmin olunmayıb; elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib; obyektin tüstü bacası təmizlənməyib; obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb; obyektin həyətində taxta tullantılar yığılıb; mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib; təxliyə planı düzgün tərtib edilməyib; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sığorta olunmayıb:

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159398