Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.42 $▼3.30%
  • WTI neft83.41 $▼1.57%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.180 $▲0.57%
  • Qızıl3 783 $▼0.11%
  • Gümüş45.82 $▲0.01%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 589 $▼0.44%
  • Ethereum1 811 $▼0.63%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Yanğınların Türkiyə iqtisadiyyatına vurduğu zərər açıqlandı

image-yangin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə meşə yanğınlarının ölkə iqtisadiyyatına vurduğu ziyan ilə bağlı ilkin rəqəmlər elan olunub.

Busaat.az  xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan olan millət vəkili Çetin Osman Budak sözügedən bu zərərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, turizmlə bağlı zərərlər də daxil olmaqla yanğınların Türkiyə iqtisadiyyatına vurduğu ziyan 300 milyard lirədən çox ola bilər.

Çetin Osman Budak həmçinin bildirib ki, Manavqat bölgəsində turizm sahəsində zərər 100 milyard lirəni ötəcək.

O əlavə edib ki, yanğınlar nəticəsində heydandarlıq və arıçılıq sahələri də zərbə alıb.

Türkiyəli millət vəkili əlavə edib ki, kənd sakinləri tərəfindən toplanaraq satılan aromatik bitkilər tamamən məhv olub:

“Artıq bu bölgələrdə heyvandarlıq və əkinçilik ilə məşğul olmaq çox çətindir”.

Ç. Budak həmçinin yanğından zərər görən yaşayış verləri barədə də məlumat verib: “Antalyada 3136, Muğlada 540 bina yanıb. Bununla yanaşı, Antalyada 78 məhəllə yanğından zərər görüb və bu səbəbdən də 37 məhəllədən 24 000 sakin təxliyyə olunub”.

O meşəlik və tövlə ərazilərinin yanması səbəbindən kəndlilərin başqa ərazilərə köç edə biləcəyi ehtimalını da dilə gətirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=54451