
Yapon reklam nəhəngi Olimpiadanı saxtalaşdırmaqda ittiham olunur
Tokio 2020 Olimpiadası üçün təklifləri saxtalaşdırdıqları iddiası ilə reklam nəhəngi Dentsu və daha beş şirkət haqqında cinayət işi başladılıb.
Busaat.az xəbər verir ki, qərar Olimpiya və Paralimpiya tədbirlərinin planlaşdırılması zamanı korrupsiya iddiaları ilə bağlı aylarla aparılan araşdırmalardan sonra verilib.
Yaponiya Ədalətli Ticarət Komissiyası (FTC) Hakuhodo DY Holdings, Tokyo Agency, Fuji Creative Corporation, Cerespo və Same Two reklam agentliklərinə qarşı şikayətlər verdiyini açıqlayıb.
Qeyd edək ki, keçən il Dentsu şirkətinin keçmiş icraçı direktoru Haruyuki Takahaşi Olimpiya sponsorlarından rüşvət almaqda şübhəli bilinərək həbs edilmişdi.
Busaat.az























