
Yaponiya Çinə qarşı İngiltərə ilə müqavilə imzalayacaq
Yaponiya Çinin hərbi-siyasi təsirini artırdığı Hind-Sakit okeanı regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Böyük Britaniya ilə hərbi saziş imzalayacaq.
Busaat.az xəbər verir ki, bu barədə Britaniyanın “Financiel Times” qəzetində xəbərlər yer alıb.
Xəbərlərdə Britaniya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq məqsədi ilə gələn ay hərbi müdafiə sazişi imzalamağa hazırlaşdığı qeyd olunub. Çinin Hind-Sakit okean regionunda təsirlərini tarazlaşdırmaq axtarışlarını davam etdirən Yaponiya hökuməti Avropa ölkələri, eləcə də ABŞ ilə əməkdaşlığı artırmağa çalışır.
Amerika Müəssisə İnstitunun (AEI) təhlükəsizlik üzrə eksperti Zap Kuber yeni müqavilənin Yaponiya və Böyük Britaniya arasında birgə təlimləri asanlaşdıracağını vurğulayıb. Q
eyd edək ki, Britaniya və Yaponiya arasındakı danışıqlar Yaponiyanın Baş naziri Kişida Fumionun may ayında Londona səfəri zamanı başlayıb. Kişida, İngiltərənin o zamankı Baş naziri Boris Conson ilə görüşdüyü sammitdə iki ölkə arasında əlaqələrin mühkəmləndirilməsinə nail olub.
Busaat.az























