
Yaponiya Şimali Koreyaya etiraz etdi
Yaponiya hökuməti cümə axşamı ballistik raket buraxılışından sonra Şimali Koreyaya etirazını bildirib.
Busaat.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno cümə axşamı Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, – o deyib.
Busaat.az























