Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiya Tayvan yaxınlığındakı ucqar adada hava hücumundan müdafiə sistemləri yerləşdirəcək

image-31701b6-9a82da2-yaponiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya özünümüdafiə qüvvələrinin raket bölməsini və zenit-raket kompleksini Tayvan yaxınlığında yerləşən uzaq Yonaquni adasında yerləşdirmək imkanını nəzərdən keçirir.

Busaat.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlə adada torpaq alınmasını gələn ilin büdcə sorğusuna daxil edib.

Hava hücumundan müdafiə sisteminə malik raket bölməsinin yerləşdirilməsi Tayvan boğazında vəziyyətin gərginləşməsi halında Yaponiyanın ucqar cənub sərhədlərini gücləndirmək planının bir hissəsidir.

Dekabrın 16-da Yaponiya hökuməti NATO-dan nümunə götürərək 2027-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-ə çatdırmağı nəzərdə tutan yenilənmiş milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Baş nazir Fumio Kişida 2027-ci ildə müdafiə ehtiyaclarının 8,9 trilyon yen (64,8 milyard dollar) səviyyəsində təyin edilməsini əmr edib. Bu il bu xərclər 5,37 trln yen (39 milyard dollar) səviyyəsində müəyyən edilib.

Müdafiə xərclərinin artırılması Tokionun müdafiə potensialını gücləndirmək planının həyata keçirilməsi üçün lazımdır.

Yaponiya Şimali Koreyanın nüvə raket proqramının inkişafı, Çinin artan gücü və Ukrayna ətrafındakı vəziyyət nəticəsində təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsindən narahatdır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95446