
Yaponiya uzaqmənzilli raketlərinin istehsalını artıracaq
Yaponiya materikdən uzaq adaların müdafiəsi üçün yeni yüksək sürətli raketlərinin əhatə məsafəsini 1000 kilometrdən çox artıracaq.
Busaat.az xəbər verir ki bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verib.
Xəbərlərə əsasən, Yaponiya hökuməti Çinin bölgədə artan hərbi fəaliyyətinə və Şimali Koreyanın hədələyici raket sınaqlarına qarşı ucqar ərazilərin müdafiəsi üçün həll yolları axtarır.
Müvafiq olaraq, yeni yüksək sürətli quru raketlərinin əhatə məsafəsi Çin və Şimali Koreyanın sahil bölgələrini əhatə edəcək şəkildə təkmilləşdiriləcək.
Raket məsafəsi 1000 kilometrdən çox artırılacaq yeni raketlər Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları da daxil olmaqla ucqar ərazilərin müdafiəsi üçün istifadə olunacaq.
Prototipi inventarda hazır olan yeni raketlərin kütləvi istehsalına 2023-cü maliyyə ilindən etibarən başlanacağı və 2026-cı maliyyə ilində istifadəyə veriləcəyi bildirilib.
Qeyd edək ki, keçən həftələrdə Yaponiya ABŞ istehsalı olan orta mənzilli, dənizdən buraxılan “Tomaqavk” qanadlı raketlərini almağı planlaşdırdığını bildirib.
Busaat.az























