Yaponiya və Rusiya gəmiləri toqquşdu, ölənlər var

image-yapon66backend

Yaponiyanın Mombetsu şəhərinin Balıqçılıq Assosiasiyasının gəmisi Rusiyaya məxsus gəmi ilə toqquşub.

Busaat.az  “Kyodo” agentliyinə istinadən xəbər verir ki, hadisə Oxot dənizində, Hokkaydo adasından 23 kilometr aralıqda baş verib. Nəticədə üç yaponiyalı balıqçı həyatını itirib, ikisi xəsarət alıb.

Məlumata görə, Yaponiyaya məxsus gəmi çevrilib, ekipaj üzvləri dənizə düşüb. Daha sonra onları Rusiyaya məxsus “Amur” gəmisinin göyərtəsinə qaldırıblar. Hazırda nəqliyyat vasitəsi Yaponiyanın Mombetsu limanı istiqamətində hərəkət edir.

***

Həyatını itirən üç, həmçinin iki xəsarət alan yaponiyalı balıqçı Mombetsu limanına çatdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90