Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiyada “G7 Liderlər Zirvəsi 2023” başlayıb

image-g7-summit-or-meeting-concept-row-from-flags-of-members
G7 summit or meeting concept. Row from flags of members of G7 group of seven and list of countries, 3d illustration
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiyanın cənub-qərbindəki Xirosima şəhərində keçirilən G7 Zirvəsi 2023 Yaponiyanın sədrliyi ilə başlayıb.

Busaat.az xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Ev sahibi Yaponiyanın Baş naziri və xanımı Kişida Yuko Xirosima Sülh Memorial Muzeyinin qarşısında qonaq olan dövlət və hökumət başçılarını qarşılayıblar.

1945-ci ildə atılan atom bombası dövrünə aid 100 mindən çox eksponat və qalıqların nümayiş olunduğu muzey G7 liderlərinin ilk kollektiv səfərinə səhnə olub.

Kişida cütlüyünün müşayiəti ilə qonaq liderlər və onların həyat yoldaşları, o cümlədən ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden tarixi muzeyi və kampusu gəziblər.

Ziyarətdən sonra liderlər kampusda atom bombası qurbanlarının xatirəsinə ucaldılmış xatirə məzarına gedərək gül çələngləri qoyublar.

Bayden 1945-ci ildə atom bombasının atılmasından sonra Xirosimaya gələn ikinci ABŞ prezidenti olub. İlk dəfə Barak Obama 2016-cı ildə Xirosimaya səfər edib.

Qlobal siyasi və iqtisadi problemlərin həllində mühüm beynəlxalq platformalardan biri hesab edilən G7 Liderlərinin Sammiti Grand Prince Hirosima otelində keçiriləcək.

Qeyd edək ki, 6 avqust 1945-ci ildə Xirosimaya və 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları ilə ABŞ 210 000-ə yaxın insanın ölümünə səbəb olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110128