
Yaponiyada günvurma səbəbindən 4 minə yaxın insan xəstəxanalara yerləşdirilib
Yaponiyada 3-9 iyul tarixlərində günvurması səbəbindən ən azı 3964 nəfər xəstəxanaya yerləşdirilib, bu rəqəm ötən həftə ilə müqayisədə 737 nəfər artıb.
Busaat.az xəbər verir ki, bu barədə İnzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumato Tokioda keçirdiyi mətbuat konfransındaməlumat verib.
“Qurbanların yarıdan çoxu yaşlı insanlardır. Biz əhalini günvurma ilə mübarizənin əsas vasitələrinə, o cümlədən kifayət qədər sudan istifadə etməyə çağırırıq”, – məlumatda deyilir.
Qeyd edək ki, Yaponiyada ən isti hava adətən iyul-avqust aylarında müşahidə olunur. Son günlər ölkə əhalisinin sıx məskunlaşdığı rayonlarda 35 dərəcədən yuxarı temperatur qeydə alınıb. Yaponiyada hər il istilik vurması on minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur, yüzlərlə ölüm qeydə alınır.
Busaat.az























