
Yaponiyada Kanun qasırğası səbəbindən 264 uçuşu ləğv edilib
Yaponiyada güclü Kanun qasırğasının ölkənin cənubuna yaxınlaşması səbəbindən ölkədə ən azı 264 aviareys ləğv edilib.
Busaat.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Tayfun cənub-şərqdən Yaponiyanın ən cənubunda yerləşən Okinava prefekturasının adalarına və Kaqosima prefekturasının Amami arxipelaqına doğru irəliləyir.
Bununla əlaqədar JAL (Japan Airlines Corporation) bazar ertəsi günü Okinava və Kaqoşima prefekturalarında uçuş və enişlə 67 reysi ləğv edib. ANA (All Nippon Airways) bu istiqamətdə bazar ertəsi 73, çərşənbə axşamı isə daha 124 reysin ləğv edildiyini bildirib.
Ləğv edilən uçuşların sayının gün ərzində artacağı gözlənilir.
Busaat.az























