
Yaponiyada "Lan" qasırğası nəticəsində xəsarət alanların sayı 49-a çatıb
Yaponiyanın mərkəzi və qərb hissələrinə təsir edən “Lan” qasırğasının yaratdığı güclü yağış və külək nəticəsində xəsarət alanların sayı 49-a yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.
Bildirilib ki, qasırğa səbəbilə Yaponiyanın mərkəzi və qərbində hava və dəmir yolu nəqliyyatında yaranan fasilələr davam edir. Qərbi Tottori şəhərində sel və iki körpünün uçması nəticəsində bölgədə çox sayda insan qapalı qalıb.
Tokio, Osaka, Naqoya, Okayama stansiyalarında sürətli qatarların hərəkəti əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılıb.
Central Japan Railway Co. (JR Tokai) və West Japan Railways (JR West) dünən ölkənin qərb əyalətlərində qatarların hərəkətini təxirə salıb.
Qasırğa səbəbilə hava nəqliyyatında fasilələr davam edərkən, dünən 560-dan çox uçuş ləğv edilib.























