
Yaponiyada quş qripinə görə bir gündə 1 milyona yaxın toyuq məhv edildi
Yaponiyanın İbaraki prefekturasında “quş qripi”nin yayılması səbəbindən təxminən 930 min toyuq məhv ediləcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi məlumat yayıb.
Bazar günü çoxlu sayda quş tələf olub və onların genetik müayinəsi quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib. Bu, Yaponiyada payız-qış mövsümü başlayandan bəri 56-cı haldır.
Qeyd edək ki, ölkədə quş qripi səbəbindən 2020-ci ildə rekord sayda quş tələf edilib. Belə ki, 9,87 milyon quş məhv edilməli olub. Yaponiyanın 47 prefekturasından 18-də 52 quş qripi halı aşkar edilib. Cari mövsümdə 23 prefekturada 56 hadisə qeydə alınıb.
Busaat.az























